Astarada “İdman həftəsi” layihəsi çərçivəsində tədbirlər təşkil olunacaq. Bu haqda bu gün, 23 fevral tarixində Cenublu.az Astara Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Ustad dərsləri 2 mart tarixində Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbdə atletika idman növü üzrə keçiriləcək. Dərsləri atletika üzrə veteranlar arasında 5 qat Azərbaycan çempionu (2013, 2013, 2017, 2018, 2019) və beynəlxalq turnirin (2016) mükafatçısı, Atletika Federasiyasının Astara rayon nümayəndəliyinin rəhbəri, Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbinin Fiziki tərbiyə müəllimi Əliyev Rəşad Əjdər oğlu tədris edəcək.