Astarada şəhidlərin xatirəsinə həsr olunmuş Savat (fransız boksu) döyüş növü üzrə açıq rayon birinciliyi keçirilib. Bu haqda bu gün, 23 avqust tarixində Cenublu.az Astara Rayon Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Astara Boks Mərkəzində keçirilən turnirdə uşaqlar, yeniyetmələr və gənclər iştirak ediblər. Turnirin açılış mərasimində Vətən müharibəsi qaziləri və Savat döyüş növünün ustadları çıxış ediblər. Şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Yarışda aşağıda qeyd olunan yaş və çəki dərəcələrində idmançıların mübarizəsi baş tutub:
Şəhidlərin ailə üzvlərinə - şəhid Sadiq Zeynalovun atası Kamal Zeynalova, şəhid Şahnur Hüseynovun qardaşı Şəhriyar Hüseynova, şəhid Qeybiyev Arifin həyat yoldaşı İranə Qeybiyevaya, şəhid Kamran Seyfullazadənin bacısı Samirə Seyfullazadəyə, şəhid Sadiq Bağırzadənin əmisi oğlu Rahim Bağırzadəyə xatirə diplomları təqdim edilib.