Astarada idman tədbiri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 iyun tarixində verir.
Belə ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş çimərlik futbolu üzrə açıq Astara rayon turniri baş tutacaq.
Tədbir 28 iyun saat 12:00-da Astara Dənizkənarı Park Bulvar Kompleksinin çimərlik futbolu meydançasında keçiriləcək.