Dünya çempionatında Azərbaycanı təmsil edən Əliabbas Rzazadə cənubi koreyalı rəqiblə qarşılaşacaq. Bu haqda bu gün, 15 sentyabr tarixində Cenublu.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir.
Astaralı idmançı Əliabbas Rzazadə təsnifat mərhələsində Cənubi Koreyadan olan Kim Sonqvonla görüşəcək. 57 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 16 sentyabr tarixində xalçaya çıxacaq.