Həvəskarlar liqasında layiqincə çıxış edən “Ərkivan” FK final matçına çıxacaq. Bu haqda bu gün, 9 iyul tarixində Cenublu.az xəbər verir.
Təmsilçimiz Zəngilanın “Çinar” FK-sı ilə qarşılaşacaq. Oyun saat 17:00-da Bakının “Dalğa Arena” stadionunda baş tutacaq.
Qeyd edək ki, “Ərkivan” FK final oyununa qədər bütün matçları qalibiyyət ilə tamamlayıb.
Cənublu.az komandası adından təmsilçimizə uğurlar arzulayırıq!