Masallı rayonunu təmsil edən “Ərkivan” futbol klubu həvəskar komandalar arasında ölkə kubokunun sahibi olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 24 iyul tarixində verir.
Final qarşılaşması 22 iyul Bakı şəhərindəki “ASCO Arena” stadionunda “Topçular” (Bakı) futbol klubu ilə baş tutub.
Oyunun əsas vaxtı 5:5 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda 2 qol vuran “Ərkivan” FK 7:5 hesabı ilə qalib gələrək ölkə kubokunu qazanıb.