top
Astarada icra başçısı Avropa çempionu ilə görüşüb
25 aprel 2023, 07:30
- ↺ +

Astarada icra başçısı Avropa çempionu ilə görüşüb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Astara güləş məktəbinin yetirməsi, sərbəst güləş üzrə Avropa çempionu Rzazadə Əliabbas Hafis oğlunu qəbul edib. Bu haqda bu gün, 25 aprel tarixində Cenublu.az Astara RİH-yə istinadən xəbər verir.

İdmançını təbrik edən icra başçısı ona əldə etdiyi nailiyyətlərin ölkəmiz və gənclərimiz üçün faydalı olması haqda danışıb.

Sərbəst güləş üzrə Avropa çempionu Əliabbas Rzazadə növbəti dəfə səmimi qəbula və xoş sözlərə görə icra başçısı Qəzənfər Ağayevə minnətdarlıq edib. O qeyd edib ki, 2007-ci ildən güləşlə məşğuldur. 2013-cü ildən Azərbaycan yığma komandasının üzvüdür. 2014-cü ildə sərbəst güləş üzrə yeniyetmələr arasında Respublika çempionu olub, gənclər arasında 2016-cı ildə Rumıniyada keçirilən Avropa və Fransada keçirilən dünya çempionatlarında bürünc medal qazanıb. 2018-ci ildə İtaliyada keçirilən Avropa çempionatında bürünc, 2021-ci ildə Makedoniyada keçirilən U-23 Avropa çempionatında gümüş, Serbiyada keçirilən U-23 dünya çempionatında qızıl medala sahib olub. 2022-ci ildə Macarıstanın Budapeşt şəhərində keçirilən Avropa çempionatında gümüş medal, Türkiyənin Konya şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb, İtaliyanın Roma şəhərində keçirilən Qran-Prinin çempionu olub.

“2023-cü ilin fevralında Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Qran-Prinin çempionu və apreldə həmin şəhərdə keçirilən sərbəst güləş üzrə Avropa çempionatında qızıl medal qazanmışam. İndi də sentyabrda keçiriləcək dünya çempionatına hazırlaşıram. Ən böyük arzum dünya çempionatı və Olimpiya Oyunlarında qalib gələrək Azərbaycanın Dövlət Himnin səsləndirilməsi və Bayrağımızın ucaldılmasına nail olmaqdır”, - deyə Ağayev əlavə edib.

İcra başçısı Əliabbas Rzazadəni bir daha təbrik edib, ona gələcək yarışlarda uğurlar diləyib, Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Azərbaycanda Zəfər Günü qeyd olunur

Bütün xəbərlər
Bu gün, 00:01

8 noyabr 2020-ci il: Vətən müharibəsinin 43-cü günü

Bütün xəbərlər
Dünən, 17:30

Bağça müəllimlərinin işə qəbulunda rəqabət artacaq

Bütün xəbərlər
Dünən, 16:11

Cəlilabadlı jurnalist Elnur Şükürov həbs edildi

Bütün xəbərlər
Dünən, 15:15

Biləsuvarda 35 yaşlı kişinin meyiti tapılıb

Kriminal
Dünən, 14:08

Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi

Bütün xəbərlər
Dünən, 13:33

Salyanda maşının vurduğu kişi komaya düşdü

Kriminal
Dünən, 12:19

Salyanlı onu əvəz etməyən iş yoldaşını döydü — MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:34

Lerikdə sabiq vəzifəli şəxs vəfat etdi

Bütün xəbərlər
Dünən, 10:28

"ASAN xidmət" bu tarixlərdə işləməyəcək

Bütün xəbərlər
Dünən, 09:29

Ad gününün sabahı – Zəfər günü şəhid olan igidimiz

Bütün xəbərlər
Dünən, 00:01

7 noyabr 2020-ci il: Vətən müharibəsinin 42-ci günü

Bütün xəbərlər
06 noyabr 2026, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
06 noyabr 2026, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
06 noyabr 2026, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
06 noyabr 2026, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
06 noyabr 2026, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
06 noyabr 2026, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
06 noyabr 2026, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
06 noyabr 2026, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
06 noyabr 2026, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
06 noyabr 2026, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
06 noyabr 2026, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
06 noyabr 2026, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Oxşar xəbərlər