top
Ziya Bünyadovun həyat yoldaşı Tahirə xanımla tanışlıq hekayəsi
14 fevral 2024, 03:05
- ↺ +

Ziya Bünyadovun həyat yoldaşı Tahirə xanımla tanışlıq hekayəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan şərqşünası, astaralı tarixçi  Ziya Bünyadov və onun həyat yoldaşı, yazıçı Yusif Vəzir Çəmənzəminlinin bacısı qızı Tahirə Bünyadova 1946-cı ildə Moskvada tanış olublar [2]. 

1946-cı ildə sovet ordusu sıralarından tərxis olunduqdan sonra Ziya N.Nərimanov adına Moskva Şərqşünaslıq İnstitutunda oxumağa başladı  [3]. Bu zaman Tahirə xanım həmin institutda IV kursda təhsil alırdı.

Tahirə xanımın önünə tez-tez arıq, uzun, ciddi və qaraqabaq görkəmli bir oğlan çıxırdı. Yalnız bir müddət sonra xanım oğlanın Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov olduğunu başa düşür [2].

Xanım bir gün bu gənc haqqında anasına danışır. Anası isə ona oğlanla salamlaşmasını məsləhət görür. Qız elə də edir. Oğlana yaxınlaşıb, salam verir. Ziya isə Tahirədən bu hərəkəti gözləmədiyi üçün salamını alıb, özünü itirir. Beləliklə, onlar tanış olurlar. Sonralar Ziya etiraf edirdi ki, xanımdan çox xoşu gəlirdi, lakin yaxınlaşmağa cürət etmirdi.

Tahirə xanım Ziya haqda deyirdi: “Dərslərdən sonra rəqs axşamları olanda heç kim məni rəqsə çağırmırdı. Fikirləşirdim ki, gözəl bir qızla niyə heç kim rəqs etmək istəmir? Sən demə, məni rəqsə çağırmaq istəyən oğlanları Ziya aparıb arxada döyürmüş” [1].

Ziya evlilik təklif edəndə isə Tahirə xanım ona deyir: “Qoy fikirləşim, anamla məsləhətləşim”. Qızın anası əvvəlcə bu evliliyə razılıq vermir. Tahirənin bacısı Xavəri Moskvaya oğlana baxmaq üçün göndərir. Ailəsi Tahirə xanımı kasıb oğlana ərə vermək istəmirdi. Amma Ziya ilə tanışlıqdan sonra Xavər anasına xəbər verir ki, oğlan çox yaxşı insandır.

1947-ci ilin mayında Ziya və Tahirə xanım rəsmi nikah bağlayırlar. VVAQ-dan (Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı) çıxanda nə Tahirənin, nə də Ziyanın cibində pul olmur. Onlar əl-ələ yataqxanaya qədər olan 15 kilometrlik yolu piyada gedirlər. Cütlüyün toyları yataqxanada yaxın dostların əhatəsində keçir [2].

Tahirə xanımın sözlərinə görə, Ziya ondan uzaq olanda belə deyərdi: “İstəyirəm həmişə mənim yanımda olasan və sənin gülüşün mənə güc versin” [1].

 

Ədəbiyyat:


  1. Ramilə Qurbanlı. Zülməti yaranlar. Bakı-2021.

  2. https://web.archive.org/web/20130312215429/http://jurnal.meclis.gov.az/news.php?id=190

  3. https://science.gov.az/az/news/open/19263

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər