SON XƏBƏRLƏR

 

Ziya Musa oğlu Bünyadov 21 dekabr 1923-cü ildə Astara şəhərində hərbi tərcüməçi ailəsində anadan olub. O, Sovet İttifaqı Qəhrəmanı, Azərbaycan şərqşünaslıq elminin xadimlərindən biri idi. 1993-cü ildə Bünyadov “Astara şəhərinin Fəxri vətəndaşı” adına layiq görülüb.

 Sizə Ziya Bünyadov haqqında 7 faktı təqdim edirik: 

  1. Ziya Bünyadov 1939-cu ildə sənədlərdə yaşını iki il artıraraq, Bakı Hərbi Piyadalar Məktəbinə daxil olub.
  2. Bünyadov İkinci Dünya müharibəsindəki döyüşlərdə kontuziya alıb və iki dəfə yaralanıb. Buna baxmayaraq, o, düşmənin 160 əsgər və zabitini öldürüb, 45 əsgəri əsir götürüb və çoxlu sayda hərbi sursat ələ keçirib. Bu səbəbdən, 22 yaşlı Ziya Bünyadov 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.
  3. 1945-ci ilin mayında Bünyadov Berlin şəhərinin Pankov rayonunun komendant köməkçisi təyin edilib. O, 1985-ci ildə “Berlin-Pankov rayonunun Fəxri vətəndaşı” adına layiq görülüb.
  4. 1960-cı ildə Ziya Bünyadov alban tarixçisi Mxitar Qoşun “Alban xronikası” adlı əsərini tərcümə edərək, onun məhz alban müəllifi olmasını sübut edib və Mxitar Qoşu “erməni salnaməçisi” adlandıranların səhv olduqlarını bildirib.
  5. 1991-ci ildə Ziya Bünyadov Vasim Məmmədəliyev ilə birgə “Quran”-ı azərbaycan dilinə tərcümə edib.
  6. Ziya Bünyadov 1994-cü ildə Rusiyada Leonid Yakuboviçin apardığı “Pole Çudes” verlişində iştirak edib. Onun bir milyon rubl qazanmaq şansı var idi. Lakin Bünyadov ona təklif olunan iki qutunun hansında pul olduğunu təxmin edə bilməyib.
  7. 21 fevral 1997-ci ildə akademik Ziya Bünyadovun həyatına qəsd edilmiş, o, öz evinin önündə qətlə yetirilmişdir. Bünyadov Bakıda I Fəxri xiyabanda dəfn olunub.
Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon