Azərbaycan Beynəlxalq Bankının Lənkəran filialına ofis meneceri vəzifəsi üzrə işçi axtarılır. Bu haqda məlumatı bankın rəsmi səhifəsi verib.
Belə ki, axtarılan namizəd:
- Ali iqtisadi / texniki təhsilli;
- Vəzifəsindən irəli gələn daxili qaydalara, məhsul və xidmətlərə, eyni zamanda daxili tariflərə dair yenilikləri izləyən və yüksək səviyyədə bilən;
- Yüksək ünsiyyət bacarığı olan;
- MS Office proqramları ilə iş bacarığı olan;
- Səlis Azərbaycan dili, Rus dili bilikləri;
- Riyazi və məntiqi bilikləri yüksək olan;
- Komandada işləmək bacarığına sahib olan şəxsdir.
Qeyd edək ki,
son müraciət tarixi 28 yanvardır.