top
Yalnız Azərbaycanda uşaqların ÇÖPÜ QALIR?
24 noyabr 2024, 04:36
- ↺ +

Yalnız Azərbaycanda uşaqların ÇÖPÜ QALIR?

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ölkəmizdə qədim zamanlardan bəri xalq təbabəti geniş yayılıb. Bunlardan biri də çöpçü  peşəsidir. Müasir tibbin bu qədər inkişaf etdiyi bir dövrdə hələ də azyaşlı övladlarını çöpçü yanına aparan valideynlər kifayət qədərdir.

Bəs çöpçü kimdir?

Maraqlısı budur ki, çöpçülük sadəcə Azərbaycanda tanınır. Başqa ölkələrdə bu peşəylə bağlı nə məlumat, nə də məşğul olan var. Digər tərəfdən  mütəxəssislər də ciddi siqnal verərək, boğaza üfürməyin gigiyenik olmadığını bəyan edirlər.

Belə çıxır ki, təkcə azərbaycanlı uşaqların boğazında çöp qalır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən pediatr Vaqif Qarayev deyir ki, tibdə çöpçü yox, yad cisim anlayışı var:

“Adətən körpə uşaqlar əllərinə keçən müxtəlif cisimləri ağızlarına, burunlarına salırlar. Dinindən, irqindən, millətindən asılı olmayaraq bütün uşaqların anatomik quruluşu eynidir, bəs necə olur ki, çöpçünu ancaq bizimkilər tanıyır, bizim uşaqlarda çöp qalır? Bunun bir cavabı olmalıdır”.

Pediatr belə bir nümunə də çəkib ki, bir şəxsin sözlərinə görə, Bakıda qaldıqları zaman uşaqlarını  tez-tez çöpçüyə aparsalar da, xaricə köçəndən sonra buna ehtiyac olmayıb.

Müsahibimiz vurğulayıb ki, yad cismin çıxarılması yolları var, bununla lor həkimləri məşğul olur.

Bəs uşağın çöpçüyə aparılmasının hansı fəsadları var?

“Dəfələrlə müşahidə olunub ki, çöpçüdən sonra uşaqda infeksiya yaranır, qızdırması qalxır, bu gigiyenik deyil. Bunun heç bir tibbi izahı yoxdur. Dediyim kimi, yuxarı tənəffüs yollarında yad cisim anlayışı var, bunu xüsusi müayinələrlə lor həkimləri təyin edir.

Çalışmaq lazımdır ki, döşəmədə muncuq, kağız qırıntısı və s. olmasın, çünki uşaqlar elə əşyaları ağızlarına, burunlarına salırlar.  İndiki vasitələrlə boğazda, burunda olan cisimlər təyin edilir, həkim onları çıxarır” - deyə Vaqif Qarayev sonda bildirib.

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
Dünən, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
Dünən, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
Dünən, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Dünən, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Dünən, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Dünən, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Dünən, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Dünən, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Dünən, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
30 oktyabr 2026, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
30 oktyabr 2026, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Oxşar xəbərlər