Xalq artisti Tünzalə Ağayeva Lənkəranda keçirilən "Kiçik addımlarla böyük uğurlar" festivalında iştirak edib.
Cenublu.az xəbər verir ki, "Məktəbim" layihəsinin səfiri olan pop ulduz bu dəfə Lənkəranda tamaşaçılarının qarşısına çıxıb. Ən sevilən hitlərini səsləndirən müğənnini lənkəranlılar böyük coşğu və izdihamla qarşılayıblar.
Pərəstişkarları pop ulduzla mahnıları birlikdə əzbər söyləyiblər. Qırmızılara bürünən estrada ulduzu dinləyicilərinə xoş anlar yaşadıb.
Video Telegram kanalımızda: