Lənkərandan olan bağban Faiq Vəliyev 30 ildən çoxdur ki, tingçiliklə məşğuldur. O, müxtəlif meyvə ağaclarına alça, armud, gilas, gavalı, həmçinin sitrus və subtropik meyvə ağaclarını calaq edir, onları yetişdirir və satışından gəlir əldə edir.
Faiq Vəliyev, əsasən, yerli sort meyvə ağaclarını çoxaldır.
İldə 7000-dən çox calaq edən bağban tələbat olarsa, tinglərin sayını artıra biləcəyini bildirib.
Mənbə: AZTV Xəbər