top
Sumqayıtı qurub-yaradanlardan biri: Lənkəranlı Kərim Axundovu tanıyaq
22 mart 2023, 05:07
- +

Sumqayıtı qurub-yaradanlardan biri: Lənkəranlı Kərim Axundovu tanıyaq

Kərim Rəhim oğlu Axundov 1913-cü ildə Lənkəran şəhərində anadan olub. 1937-ci ilədək orada yaşayıb, şəhərin yol tikintisində iştirak edib. Bakıda Yol Texnikumunu bitirdikdən sonra dörd nəfər dostu ilə Rusiyada təhsillərini davam etdiriblər. Sonradan o, II Dünya müharibəsində Avropanın müxtəlif ölkələrində gedən döyüşlərdə iştirak edib. Böyük Vətən müharibəsi başladığı ilk gündən qələbəyədək ordu sıralarında bölük komandiri kimi faşist işğalçılarına qarşı vuruşub. O, Vyananın azad olunması əməliyyatında iştirak edib.

Ukrayna yaxınlığında gedən döyüşdə yaralanıb və onu sağaldan ailənin qızı ilə evlənib, iki oğlu olub. Həmin vaxtlarda o, Odessa şəhəri yaxınlığında aparılan tikintiyə rəhbərlik edib. Müharibə nəticəsində dağılmış təsərrüfatın, həmçinin Voznesenski rayonunun bərpasında fəal iştirak edib.

Sonradan onu Azərbaycana Bakı şəhəri yaxınlığında yeni salınacaq şəhəri inşa etməyə dəvət ediblər. Beləliklə, K.Axundov 1954-cü ildən taleyini Sumqayıtla bağlayıb. 1954-1960-cı illərdə bir sıra tikinti təşkilatlarında çalışaraq Zakpromstroy trestinə başçılıq edib.

O, müsahibələrinin birində deyib ki, Sumqayıta gələndə şəhər cəmi iki binadan ibarət olub: "1954-cü ildə məni Sumqayıta çağırdılar. Şəhərdə cəmi iki ikimərtəbəli bina var idi. 70-ci illərə kimi şəhəri tikdik. Mənim də vaxtım gəldi çatdı, daha işləyə bilmədim".

Sonrakı 13 ili Sumqayıt şəhər icraiyyə komitəsinin birinci müavini vəzifəsində işləyib. 1973-cü ildən 2 saylı tikinti trestində çalışıb. K.Axundov 15 il ərzində şəhər sovetinin deputatı olub. Onun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilib. O, iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni ilə və bir sıra medallarla təltif edilib. K.Axundov Sumqayıtın Baş Planının işlənməsinə görə SSRİ-nin Nazirlər Sovetinin dövlət mükafatı laureatı olub. Ümumilikdə xidmətlərinə görə 30-a qədər medalla təltif olunub.

Prezident fərmanı ilə Sumqayıtın fəxri vətəndaşı və prezident təqaüdçüsü olub.

Kərim Axundov 2 fevral 2013-cü ildə 99 yaşında Sumqayıtda vəfat edib. Sumqayıt qəbiristanlığında dəfn olunub.

[caption id="attachment_35526" align="alignnone" width="336"]Kərim Axundov Foto Cenublu.az[/caption]

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:56

Arazı üzərək Azərbaycana keçən əfqanlar TUTULDU

Bütün xəbərlər
Dünən, 17:31

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Kriminal
Dünən, 16:58

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:27

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Dünən, 15:56

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 15:25

Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib

Bütün xəbərlər
Dünən, 14:53

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 14:14

Bir gündə 55 cinayət açıldı

İqtisadiyyat
Dünən, 13:40

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Kriminal
Dünən, 13:05

Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Kriminal
Dünən, 12:36

Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Dünən, 12:05

Saatlılı bankir evində ölü tapıldı

Kriminal
Dünən, 11:33

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Dünən, 11:00

Şəhid Elkiyar Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Dünən, 10:30

Şuşa fatehinin atası vəfat etdi

Bütün xəbərlər
Dünən, 09:54

Cəlilabadda qəza: Xəsarət alanlar var - VİDEO

Cəmiyyət
Dünən, 09:19

İmişlidə uşaq velosipedlə traktorun altında qaldı

Bütün xəbərlər
06 avqust 2026, 18:00

Ailələrin yarıdan çoxu 30 ildən artıqdır eyni evdə yaşayır

İqtisadiyyat
06 avqust 2026, 17:27

Azərbaycanda nələr bahalaşıb? - Son statistika

Bütün xəbərlər
06 avqust 2026, 16:54

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kriminal
06 avqust 2026, 16:26

Qohumunu vurub xəsarət yetirən gəncin taleyi bəlli oldu

Kriminal
06 avqust 2026, 15:55

Lənkəranda kişi smartfon işlədən keçmiş arvadının qabırğalarını sındırdı

İqtisadiyyat
06 avqust 2026, 15:23

Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır - RƏSMİ

Bütün xəbərlər
06 avqust 2026, 14:50

Sabah hava necə olacaq?

Oxşar xəbərlər