top
Şağlaser kəndinin adının mənşəyi
02 dekabr 2024, 22:24
- ↺ +

Şağlaser kəndinin adının mənşəyi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şağlaser kəndi Lənkəran şəhərindən 22 km şimalda, Lənkəran-Boradigah şose yolunda yerləşir. Yerli sakinlər kəndi "Şəğoləse", "Şəşğöləse" və "Şağlase" adlandırırlar.

Tarixçi İldırım Şükürzadənin sözlərinə görə, bu kəndin əvvəlcə adı "Şəğoləse" olub. Talış dilindən tərcümədə "şəğol" (çaqqal), "se" (istil, nohur), yəni "çaqqal olan istil" mənasını verir. Professor Məsud Məmmədov isə talışca "Şəğoləsə" sözünün "yabanı bitki olan yer" mənasında olduğunu ehtimal edir.

Kəndin adının "Şahnəsir" sözündən yarandığı da ehtimal olunur. Güman edilir ki, kəndin bünövrəsini qoyan şəxsin adı Şahnəsir olub.

Digər fikrə görə, "Şağlase" sözü "Şağlasər"dən götürülüb. Rəvayətə görə, bir zamanlar bu ərazidən keçən şah düşməndən qorunmaq üçün qalaya bənzər divar inşa etdirib. Qalanın sonunda isə yaşayış məskəni salıb. Həmin qalanın sonu onun "başı" sayılırdı və "Şağlasər" ("şa" - şah, "ğalə" - qala, "sər" - baş) adlandırılırdı. Həmin qalanın izləri bu günədək qalıb.

Yerli sakinlərin dediklərinə əsasən, kəndin adı "Şəşğöləse" (talışca "şəş" - altı, "ğolə" - balaca göl, çuxur, "se" - istil, su mənbəyi) sözündən yaradılıb, "altı gölü olan kənd" mənasını verir. Ehtimal olunur ki, əvvəllər bu ərazidə altı su mənbəyi və ya göl olub.

Şağlaser kəndinin əsasının qoyulması haqqında dəqiq məlumat yoxdur, lakin kənd əsrlərlə daimi yaşayış məskəni olub. Kəndin iqtisadiyyatının əsasını əkinçilik və maldarlıq təşkil etmişdir. Sovet dövründə burada kolxoz, sonra isə sovxoz fəaliyyət göstərib. Hal-hazırda kənd sakinlərinin əsas məşğuliyyəti tərəvəzçilik və heyvandarlıqdır.

Bakı quberniyasının Lənkəran qəzası üzrə əhalinin 1859-1864-cü illərə aid siyahıyaalınmasına görə, kənddə 27 ev olub və burada 180 nəfər yaşayıb. Şağlaser kəndinin əhalisi 2019-cu ilin statistik məlumatına görə, 5126 nəfər təşkil edirdi.

 

Son xəbərlər

Siyasət
Bu gün, 00:01

1 noyabr 2020-ci il: Vətən müharibəsinin 36-cı günü

Bütün xəbərlər
Dünən, 17:30

Sürücülərin nəzərinə - Görünüş məsafəsi məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 16:40

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Bütün xəbərlər
Dünən, 15:50

Azərbaycanda 1500-dən çox vətəndaş orqan donorluğu üçün növbə gözləyir

Bütün xəbərlər
Dünən, 15:10

Lənkəranda fermerlərə ağır zərbə: məhsul itkisi 90 faizə çatıb - VİDEO

Kriminal
Dünən, 14:35

Qanunsuz saxlanılan silahlar aşkarlanıb

Bütün xəbərlər
Dünən, 14:00

Təhsil Tələbə Kreditinin ən çox vəsait ayırdığı İXTİSASLAR

Bütün xəbərlər
Dünən, 13:20

Noyabrın ilk günü hava necə olacaq?

Kriminal
Dünən, 12:45

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:10

Lerikli şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 11:35

Dünən axtarışda olan 129 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:00

Cənubda FAKTİKİ HAVA

Kriminal
Dünən, 10:25

Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu

İqtisadiyyat
Dünən, 09:50

Azərbaycan neftinin qiyməti 126 dolları ötüb

Bütün xəbərlər
Dünən, 09:17

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
30 oktyabr 2026, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
30 oktyabr 2026, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
30 oktyabr 2026, 16:20

Sabah hava necə olacaq?

Kriminal
30 oktyabr 2026, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
30 oktyabr 2026, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
30 oktyabr 2026, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
30 oktyabr 2026, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
30 oktyabr 2026, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Oxşar xəbərlər