Qızılağac Milli Parkında Flaminqo festivalı təşkil olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində verir.
Festival 21 noyabr tarixində saat 11:00-18:00 arası baş tutacaq.
Festivalın proqramı aşağıda təqdim olunur:
- Yeni turizm marşrutunun təqdimatı;
- Qayıqlarla gəzinti;
- Faytonla gəzinti;
- Ekstremal şəraitdə sağ qalmaq yollarının əyani nümayişi;
- Kvadrosikllarla gəzinti;
- İntellektual viktorina;
- Sənətkarların master-klası;
- Sərgilərlə tanışlıq;
- Çay süfrəsi və qəlyanaltı;
- Canlı təbiətdə nadir quşları müşahidə etmək;
- Azərbaycanda yerləşən Milli Parkların pavilyonları ilə tanışlıq;
- Əyləncəli musiqili proqram;
- Yerli məhsulların satışı.