top
Qarabağ hadisələri zamanı erməni vəhşiliklərini dünya ictimaiyyətinə göstərən şəhid Səfa Axundov
08 sentyabr 2022, 02:00
- +

Qarabağ hadisələri zamanı erməni vəhşiliklərini dünya ictimaiyyətinə göstərən şəhid Səfa Axundov

Səfa Fətulla oğlu Axundov 19 iyun 1958-ci ildə Masallı rayonunda anadan olub [2].

O, 1965-ci ildə Saatlı rayonunda məktəbə gedib, lakin 1966-cı ildə ailəsinin Cəlilabad rayonuna köçmə səbəbi ilə Axundov buradakı 2 saylı orta məktəbdə oxumağa başlayıb. O, orta təhsilini 1975-ci ildə Qubadlı rayonunda sona çatdırıb.

Səfa Axundov Bakıdakı aeroportda bir il çalışdıqdan sonra Rusiyanın Orenburq Mülki Aviasiya Məktəbinə daxil olub [1]. O, 1979-cu ildən Bakıda 3 saylı Birləşmiş Aviadəstənin AN-2 təyyarəsində pilot köməkçisi kimi işləyib [2]. Sonra isə Axundov Kiyev Ali Mülki Təyyarəçilər İnstitutunda qiyabi təhsil alıb [1]. Pilot 1982-ci ildə Latviyanın Riqa şəhərinə köçüb, 39 saylı Orta Texniki Peşə Məktəbində müəllim işləməyə başlayıb. Eyni zamanda o, gəmi tərsanəsində mühəndis kimi də çalışırdı [2].

Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə çatdırmaq üçün 1988-ci ilin noyabr ayında Riqada “Dostluq” Azərbaycan Mədəniyyət Cəmiyyəti yaradılıb. Səfa Axundov həmin cəmiyyətin ilk sədri seçilib. O, bu zaman tez-tez Bakıya gəlib, kütləvi informasiya vasitələrində çıxış edib.

Axundov 1989-cu ildə Bakıya qayıdaraq Zabrat “Azal-aero” aviaşirkətinə məxsus Mİ-8 vertolyotuna 2-ci pilot təyin olunub [2]. O, Bakı-Ağdam marşrutu ilə uçurdu.

Səfa Axundov 28 yanvar 1992-ci ildə Şuşaya iki uğurlu uçuş edib. Lakin həmin gün üçüncü uçuş edilərkən Xankəndi istiqamətindən atılan raket vertolyotu vurub [1]. Həmin anda o, 2000-2200 metr yüksəklikdə idi. Heyət vertolyotu təhlükəsiz yerə - Kərkicahan qəsəbəsi yaxınlığındakı yola endirməyə cəhd göstərdi. Lakin bu mümkün olmadı. İdarə olunmayan vertolyot dağa çarpıldı. 3 heyət üzvü və 40 nəfər sərnişin həlak oldu. Bu, 20 noyabr 1991-ci ildə Qarakənd yaxınlığında baş verən hadisədən sonra ikinci böyük səma faciəsi idi.

30 yanvar 1992-ci ildə Səfa Axundov Bakıda Şəhidlər xiyabanında dəfn olunub. O, göstərdiyi şücaətə görə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb [2]. Hazırda Cəlilabad şəhərinin mərkəzində onun büstü mövcuddur, rayon mədəniyyət evi və şəhərin küçələrindən biri onun adını daşıyır [1]. Axundovun təşəbbüsü ilə yaradılan Latviya-Azərbaycan Əlaqələri Cəmiyyətinə onun adı verilib [2].

Ədəbiyyat:


  1. Vüqar Əsgərov. Azərbaycanın Milli Qəhrəmanları. Bakı-2005.

  2. http://avciya.az/axundov-sefa-fetulla-oglu/

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:56

Arazı üzərək Azərbaycana keçən əfqanlar TUTULDU

Bütün xəbərlər
Bu gün, 17:31

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Kriminal
Bu gün, 16:58

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb

Bütün xəbərlər
Bu gün, 16:27

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 15:56

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 15:25

Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib

Bütün xəbərlər
Bu gün, 14:53

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 14:14

Bir gündə 55 cinayət açıldı

İqtisadiyyat
Bu gün, 13:40

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Kriminal
Bu gün, 13:05

Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Kriminal
Bu gün, 12:36

Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:05

Saatlılı bankir evində ölü tapıldı

Kriminal
Bu gün, 11:33

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Bu gün, 11:00

Şəhid Elkiyar Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Bu gün, 10:30

Şuşa fatehinin atası vəfat etdi

Bütün xəbərlər
Bu gün, 09:54

Cəlilabadda qəza: Xəsarət alanlar var - VİDEO

Cəmiyyət
Bu gün, 09:19

İmişlidə uşaq velosipedlə traktorun altında qaldı

Bütün xəbərlər
Dünən, 18:00

Ailələrin yarıdan çoxu 30 ildən artıqdır eyni evdə yaşayır

İqtisadiyyat
Dünən, 17:27

Azərbaycanda nələr bahalaşıb? - Son statistika

Bütün xəbərlər
Dünən, 16:54

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kriminal
Dünən, 16:26

Qohumunu vurub xəsarət yetirən gəncin taleyi bəlli oldu

Kriminal
Dünən, 15:55

Lənkəranda kişi smartfon işlədən keçmiş arvadının qabırğalarını sındırdı

İqtisadiyyat
Dünən, 15:23

Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır - RƏSMİ

Bütün xəbərlər
Dünən, 14:50

Sabah hava necə olacaq?

Oxşar xəbərlər