top
Polis Akademiyasına sənəd qəbuluna start verilib
01 fevral 2024, 07:35
- ↺ +

Polis Akademiyasına sənəd qəbuluna start verilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Polis Akademiyasına Hüquqşünaslıq ixtisası üzrə əyani təhsilə 500 kursantın qəbulu üçün müsabiqə başlayıb. Bu haqda məlumatı Cenublu.az 1 fevral tarixində verir.

Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, həqiqi hərbi xidmətə yararlı olan, 11-ci sinifdə oxuyan və ya tam orta təhsilli 16 yaşdan 18 yaşadək vətəndaşlar iştirak edə bilər.

Sənədlərin qəbulu mart ayının 3-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin qeydiyyatda olduğu inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçirilir.

Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:


  •  ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti);

  •  oxuduğu təhsil müəssisəsi tərəfindən DİN-ə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

  •  9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).


Abituriyentlərin fiziki hazırlıq üzrə verəcəkləri minimal normativlər aşağıdakılardır:

  • turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar – 10 dəfə, 80 kiloqramdan yuxarı olanlar – 8 dəfə;

  • qaçış 100 metr məsafəyə – 15 saniyə, 1000 metr məsafəyə – 4 dəqiqə;

  • qollar üzərində bədənin döşəmədən qaldırılması – 20 dəfə;

  • arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə.


Fiziki hazırlıq normativlərini ödəyə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılırlar.

Təhsil müddətində kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunacaqlar. Məzunlara Hüquqşünaslıq ixtisası, polis leytenantı xüsusi və ehtiyatda olan leytenant hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin ediləcəklər.

Polis Akademiyası və sənəd qəbulu haqqında ətraflı məlumatlar akademiyanın www.pa.edu.az internet saytında yerləşdirilib.

Ətraflı məlumat üçün:

8880 (qaynar xətti);

(012) 454-12-78;

(012) 590-97-76;

(012) 590-99-47.

Qeyd edək ki, müsabiqəyə ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, cari ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, fəaliyyət qabiliyyəti olmayan, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, yaxın qohumları ağır cinayətlərə görə məhkum edilmiş vətəndaşlar buraxılmırlar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
04 noyabr 2026, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
04 noyabr 2026, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
04 noyabr 2026, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
04 noyabr 2026, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Oxşar xəbərlər