top
Öz adını Qaradağ mahalından götürmüş yaşayış məntəqəsi: Siyaku kəndi
04 noyabr 2023, 02:12
- ↺ +

Öz adını Qaradağ mahalından götürmüş yaşayış məntəqəsi: Siyaku kəndi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Siyaku kəndi Astara şəhərindən 25 km şimal-qərb istiqamətində, Pensər çayının sahilində, Lənkəran ovalığında yerləşir [1,3].

Tarixçi Mirzə Əhməd Mirzə Xudaverdi оğlu tərəfindən fars dilində yazılmış “Əxbarnamə” əsərində bu kəndin adı “Siyahkuh” kimi qeyd edilib [5]. Həmçinin 1870-ci ilə aid mənbədə kəndin adı bu formada qeydiyyata alınıb. “Siyahkuh” sözü fars dilində olan “siyah” (qara) və “kuh” (dağ) hissələrindən ibarət olub, “qara dağ” mənasını verir [1]. Bu səbəbdən ehtimal edilir ki, yaşayış məntəqəsi öz adını Cənubi Azərbaycanda mövcud olmuş Qaradağ mahalının adından götürüb [3]. Yazıçı Musarza Mirzəyevin fikrincə, “siyaku” sözü “ayrılmış təpə” anlamını daşıyır [6].

1853-cü ildə buraxılmış “Qafqaz” qəzetində bu kənddə acı və duzlu mineral su bulağı olması haqqında məlumat verilib. Həmin məlumata görə, kənddə axan mineral su kiçik gölməçə yaradıb. Yerli sakinlər oraya isti daş ataraq, suyu isidir və çimirlər [2].

Kənddə bir neçə tarixi abidə mövcuddur: tunc dövrünə aid Biyaylaq və Siyaku kurqanları, X-XII əsrlərə aid Qırxtürbə şəhər yeri, 1905-ci ildə inşa edilmiş kənd məscidi və s. [7].

Əhali, əsasən, sitrusçuluq, arıçılıq və maldarlıqla məşğuldur [8].

Əhalinin 1859-1864-cü illərə aid siyahıya alınmasında, Siyaku kəndində 334 nəfərin yaşadığı qeyd olunub [1]. 2009-cu ilin statistik göstəricilərinə əsasən, bu kənddə 688 nəfər yaşayıb [4].

Ədəbiyyat:


  1. Списки населенных мест Российской империи. Бакинская губерния. Тифлис-1870.

  2. Кавказ. № 68. 16 сентября 1853.

  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı-2007.

  4. Azərbaycan Respublikası əhalisinin siyahıya alınması 2009-cu il. I cild. Bakı-2010.

  5. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu. Əxbarnamə 1855. Bakı-2009.

  6. Musarza Mirzəyev. Talış toponimlərinin qısa izahlı lüğəti. Bakı-1993.

  7. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

  8. https://www.youtube.com/watch?v=D_ghWC0Uepc

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Bütün xəbərlər
Dünən, 09:12

20 yaşlı şəhidimizin ad günüdür

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Bütün xəbərlər
04 noyabr 2026, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
04 noyabr 2026, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
04 noyabr 2026, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
04 noyabr 2026, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
04 noyabr 2026, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
04 noyabr 2026, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
04 noyabr 2026, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
04 noyabr 2026, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
04 noyabr 2026, 13:25

İgid şəhidimizin ad günüdür

Oxşar xəbərlər