SON XƏBƏRLƏR

Siyaku kənd məscidi Astara rayonunun Siyaku kəndində yerləşir. İbadətgah 1905-ci ildə Hacı Şeyx Məhəmməd Şeyx Əli oğlunun təşəbbüsü ilə inşa edilib.

Şeyx Məhəmməd Misirdə, Mədinədə, İstanbulda təhsil alıb. XX əsrin əvvəllərində, xeyriyyəçilər Hacı Zeynalabdin Tağıyev və Hacı Osman bu məscidə dəvət olunurlar. Həmin vaxt məscidə gələnlərdən biri Şeyxi sınamaq üçün, onu sorğu-suala tutur və nəticədə onun böyük elm sahibi olduğunu başa düşür. Tağıyev isə gedərkən Şeyxin nəyə ehtiyac olduğunu soruşur. Şeyx Məhəmməd isə məscidin təmiri üçün materiallar göndərməsini ondan xahiş edir. Tağıyev onun dediklərini yerinə yetirir və lazım olan materialları paroxodla Astaraya yollayır.

Məscidin tutumu 240 nəfərdir [1]. İbadətgah düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadət evinin 1 giriş qapısı və 6 pəncərəsi var. Məscidin 17 sütun üzərində dayanan açıqşəkilli eyvanı mövcuddur.

Sovet dövründə məscid anbar kimi istifadə edilib. 1987-ci ildə ibadətgah kənd əhalisi tərəfindən təmir olunub və istifadəyə verilib [2].

Əvvəllər bu məscidin yerində köhnə ibadətgah olub, onun həyətində isə mədrəsə fəaliyyət göstərib. Köhnə məscid 1870-ci ildə xeyriyyəçi Şeyx Əlinin təşəbbüsü və kənd sakinlərinin köməyi ilə inşa edilmişdir. Həmin ibadət evi Astara rayonunun dağ kəndlərinin ilk bişmiş kərpicdən olan məscid tikilisi idi [1]. 

Ədəbiyyat:

  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.
  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az Foto Cenublu.az
Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda