Lənkəranda yerləşən “O biri otaq”da kinosevərlər üçün oktyabr ayının ilk film gecəsi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində verir.
Belə ki, bu dəfə qonaqlara “Seven” filmi nümayiş olunacaq. Film xristianlığın 7 ölümcül günahını törədənləri öz qəddar üsulları ilə öldürən qatil və onu təqib edən iki polis detektivi haqqındadır. Baş rolları Bred Pitt və Morqan Frimen bölüşürlər.
Film 9 oktyabr saat 15:30-da nümayiş olunacaq. Giriş (popkorn və kola daxil) 3 manat təşkil edir.