top
Mir Şərif ağa ocağı: Lənkəranda ərdəbilli seyidin məzarı
08 yanvar 2022, 02:00
- ↺ +

Mir Şərif ağa ocağı: Lənkəranda ərdəbilli seyidin məzarı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mir Şərif ağa ocağı Lənkəran rayonunun Osakücə kənd qəbiristanlığında yerləşir. Ocaq Mir Şərif ağa adlı seyidin adı ilə bağlıdır. Əslən Ərdəbildən olan Mir Şərif Mirkazım oğlu Kazımov 1807-ci ildə anadan olub. O, sonralar Lənkəranın Osakücə kəndinə köçüb. Mir Şərif altıncı İmam Cəfəri Sadiqin şəcərəsindən sayılır [1,2].

Mir Şərif ağanın nəticəsi Telnaz Kazımova onun haqqında bir hekayə danışıb.

Hekayəyə görə, o zaman kənd camaatı Aşura axşamı İmam ehsanı vermək üçün qazanlarla dolu yeməkləri məscidə aparanda Mir Şərif ağanı da dəvət etmişdilər. Bu zaman Mir Şərif ağa məscidə gedən yolda taxta körpünün yanında qoz ağacı kötüyü üstündə əyləşir. Camaat taxta körpü ilə çayın qarşı tərəfinə keçən zaman xan gəlir və əlində bir stəkan su ilə ağaya xoş gəldin deyir. Bu zaman xan ağanın ətəklərindən yapışır və deyir: "Ağa cəddinə qurban olum, bütün mahal yanır və quraqlıq hər tərəfi bürüyüb, yağış istəyirik sənin cəddindən". Ağa dua oxuyan kimi tufan qopur, qısa bir zamanda ətrafı sel basır.

Bu hadisədən sonra xan Kərbəladan gələndə, ağa üçün bir geyim gətirir. Xan gələn kimi bir çox adamları qonaqlığa dəvət edir və orada ağaya həmin o geyimi hədiyyə edir. Bunu görən xanın cavan oğlu atasına deyir: "Sən niyə belə gözəl çuxanı o seyidə bağışladın və o, ona layiq deyil. O əgər həqiqətən seyiddirsə öz seyidliyini sübut etsin". Bunu eşidən ağa ətəyini açır və xanın oğluna deyir: "Tonqaldakı közdən tök ətəyimə". Xanın oğlu onun sözünü yerinə yetirir. Orada olan insanlar təəcüblənərək, donub qalır. Buna səbəb isə, bu közlərin ağanın ətəyini yandırmaması idi [2].

Mir Şərif ağa 1917-ci ilin iyulunda, 110 yaşında vəfat edib. 1990-cı illərdə onun nəvəsi İlqar Mirşərif oğlu Kazımovun şəxsi vəsaiti hesabına Mir Şərif ağanın qəbri üzərində məqbərə inşa edilib [1].

Ədəbiyyat:


  1. İldırım Şükürzadə. Lənkəran ziyarətgahları. 2015.

  2. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.


[URIS id=8746]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Bu gün, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Bu gün, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Oxşar xəbərlər