top
Mir Əhməd xan Talışxanov tərəfindən inşa edilən Şahağac kənd məscidi
23 may 2023, 01:37
- +

Mir Əhməd xan Talışxanov tərəfindən inşa edilən Şahağac kənd məscidi

Şahağac kənd məscidi Astara rayonunun eyniadlı kəndində, Yalçın Nəsirov küçəsində  yerləşir [4]. İbadətgah talış xanı Mir Mustafanın yetirmələrindən olan Mir Əhməd xan Talışxanov tərəfindən 1901-ci ildə inşa edilib [1]. Şahağac kəndində Mir Əhməd xanın iqamətgahı, istirahət evi, həmçinin onun inşa etdiyi hamam da yerləşirdi [3].

Məscid düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın ön tərəfində iki pəncərə və iki qapı yerləşir. İbadət evinin damı dəmir təbəqə ilə örtülüb. Məscidin tavanı taxtadandır və dörd sütun üzərində dayanır. İbadətgahın bir minarəsi var və onun hündürlüyü 12 metr təşkil edir. Minarənin şərəfədən yuxarı hissəsi səkkizguşəlidir. İbadət evi iki hissədən ibarətdir: kişi və qadın şöbəsi [2].

Sovet dövründə məscid anbar kimi istifadə edilib. 1987-ci ildə ibadətgahın fəaliyyəti bərpa olunub. 1988-ci ildə məsciddə təmir işləri aparılıb [1].

1901-ci ildə inşa olunmasına baxmayaraq, tikili ilkin görünüşünü qoruyub saxlayıb [2]. 

Ədəbiyyat: 


  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

  2. Azərbaycan Respublikası məscidlərinin enskilopediyası. Bakı-2001.

  3. Əfqan Şəfiyev. Astara rayonunun tarixi-memarlıq abidələri. Bakı-2008.

  4. https://sirat.az/shm_point/astara-rayonu-sahagac-k%C9%99nd-m%C9%99scidi/

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:56

Arazı üzərək Azərbaycana keçən əfqanlar TUTULDU

Bütün xəbərlər
Bu gün, 17:31

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Kriminal
Bu gün, 16:58

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb

Bütün xəbərlər
Bu gün, 16:27

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 15:56

İgid şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 15:25

Ötən ay 13 stomatoloq məsuliyyətə cəlb edilib

Bütün xəbərlər
Bu gün, 14:53

Sabah hava necə olacaq?

Kriminal
Bu gün, 14:14

Bir gündə 55 cinayət açıldı

İqtisadiyyat
Bu gün, 13:40

Kartdan köçürmədə sərbəstlik, qəbulda isə limit

Kriminal
Bu gün, 13:05

Ötən gün 7,2 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Kriminal
Bu gün, 12:36

Ötən gün Azərbaycanda xeyli silah-sursat aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 12:05

Saatlılı bankir evində ölü tapıldı

Kriminal
Bu gün, 11:33

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
Bu gün, 11:00

Şəhid Elkiyar Məmmədovun doğum günüdür

Bütün xəbərlər
Bu gün, 10:30

Şuşa fatehinin atası vəfat etdi

Bütün xəbərlər
Bu gün, 09:54

Cəlilabadda qəza: Xəsarət alanlar var - VİDEO

Cəmiyyət
Bu gün, 09:19

İmişlidə uşaq velosipedlə traktorun altında qaldı

Bütün xəbərlər
Dünən, 18:00

Ailələrin yarıdan çoxu 30 ildən artıqdır eyni evdə yaşayır

İqtisadiyyat
Dünən, 17:27

Azərbaycanda nələr bahalaşıb? - Son statistika

Bütün xəbərlər
Dünən, 16:54

Azərbaycanda əhalinin yarısı artıq çəkidən əziyyət çəkir

Kriminal
Dünən, 16:26

Qohumunu vurub xəsarət yetirən gəncin taleyi bəlli oldu

Kriminal
Dünən, 15:55

Lənkəranda kişi smartfon işlədən keçmiş arvadının qabırğalarını sındırdı

İqtisadiyyat
Dünən, 15:23

Azərbaycanda gəlirlərin əsas hissəsi maaşdan formalaşmır - RƏSMİ

Bütün xəbərlər
Dünən, 14:50

Sabah hava necə olacaq?

Oxşar xəbərlər