top
Milli mətbəximizi təbliğ edən aşpaz Nüsrət Səlimovla dadlı müsahibəmiz
19 yanvar 2022, 22:00
- ↺ +

Milli mətbəximizi təbliğ edən aşpaz Nüsrət Səlimovla "dadlı" müsahibəmiz

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nüsrət bəy, aşpazlıq sənətinə sevgi sizdə haradan yaranıb?

7-8 yaşım olardı. "8 mart" bayramı ilə əlaqədar atamla birgə ailəmizin qadınlarına yemək hazırladıq. Kişilərin mətbəxdə nələr edə biləcəyini ilk dəfə onda anladım.

Evdə də yeməklərdən cavabdeh sizsiniz yoxsa ancaq işdə mətbəxə girirsiniz?

İstirahət günlərində evdə yemək hazırlamağa çalışıram. Amma o qədər qab batırıram ki, deyirlər "otur, özümüz edərik" (gülür).

Hansı qədim Azərbaycan yeməklərinə "ikinci həyat" vermisiniz?

Bir çox milli yeməklərimiz var ki, mən onlara kiçik toxunuşlarımla yeni nəfəs vermişəm. Bunlardan trendə düşən “Qazmaq burger” olub ki, mən onu bizim milli "Şamı plov"dan hazırlamışam. Daha sonra çığırtma plovu paşot-çığırtma kimi təqdim etmişəm. Fisincanı, müsəmmanı, murkutuşu dövrümüzün restoran sisteminə uyğunlaşdırmağa çalışmışam.

"Şamı plov"dan qazmaq burger hazırlayırsınız. Bu ideya sizə haradan gəlib?

Bir dəfə avtomobil ilə çəkilişə gedirdik. Yolda nə bişirəcəyimiz haqda danışırdıq. Elə o zaman "Şamı plov"dan burger düzəltmə ideyası gəldi mənə. Şükürlər olsun ki, böyük maraqla qarşılandı.

Azərbaycanda yetərincə məşhursunuz, böyük izləyici kütləniz var. İzləyiciləriniz sizi hətta “Bizim Nüsrət” adlandırırlar. Bəs türk adaşınız Nüsr-ət (türk aşpaz Nüsrət Gökçə) kimi dünya arenasına çıxmaq fikriniz varmı?

Mən gördüyüm işləri tanınmaq üçün yox, milli mətbəxə bir töhfə vermək üçün edirəm. Şəhərimizə gələn yerli və xarici turistlərə milli mətbəximizi tanıtmaq üçün edirəm. Əgər bir izləyici kütləsi yığa bilmişəmsə, nə xoş mənə. Nüsrət Gökçə böyük işlər görüb. O, həm də şoumendir, mətbəx şouları göstərir. Yetərincə kütləsi və müştərisi var. Dünya arenasına, əlbəttə ki, çıxmaq istəyərəm. Belə bir deyim var: “General olmaq istəməyən əsgər yaxşı əsgər deyil”. Hər kəs öz sənətində bunu arzulamalıdır.

Dünya arenasına çıxmasam da, Rusiyanın bir çox şəhərlərində işlər görmüşəm. Orada mətbəxlər qurmuşam, menyular tərtib etmişəm. Bu gün də o restoranlar fəaliyyət göstərir, mənim onların menyularına saldığım milli yeməklərimiz onların ən çox satılanlarındandır. Günü bu gündə biz gedirik, həm yerli, həm xarici restoranlara milli mətbəximizin yeməklərindən ibarət menyu tərtib edirik, daha sonra qayıdırıq öz ölkəmizə ki, burada fəaliyyətimizi davam edək.

Cənub və yapon mətbəxini sintez eləmək fikri sizə haradan gəlib? Bu təamlar insanlar tərəfindən necə qarşılanıb?

Ümumiyyətlə, dünyanın ən məşhur və ən bacarıqlı şefləri milli mətbəxlərini dünya mətbəxinə uyğunlaşdırıb dünya bazarına çıxarırlar. Mənim fikrimə də milli rollar hazırlamaq ideyası gəldi və insanlar tərəfindən müsbət qarşılandı. Sevindirici haldır ki, gördüyümüz işlər bizə müsbət geridönüşlər edir.

Lənkəran 4 il müddətinə Dünyanın Mətbəx Mədəniyyəti Paytaxtı elan olunub. Bir lənkəranlı kulinar kimi fikrinizi deyərdiniz, Lənkəran Dünya mətbəxində nə ilə seçilir?

Bizim mətbəximiz zənginliyinə və fəsil yeməklərinə görə digər mətbəxlərdən seçilir. İlin aylarına bölsək demək olar ki, hər ay yeyiləcək mövsumi yəməklər var. Onlar təkcə restoranlarda yox, evlərdə də bişirilir. Bizim diyarımızın uzunömürlülər diyarı olmasının əsas səbəblərindən biri də budur ki, bizdə hər yemək öz vaxtında yeyilir.

Lənkəran mətbəxini ilk dəfə kəşf etmək istəyənlərə hansı yeməkləri dadmağı məsləhət görərdiniz?

Talış mətbəxini kəşf etmək istəyənlərin bunu hansı fəsildə edəcəklərinə bağlıdır.

Əgər yay fəslidirsə, yeyiləcək yeməklər, məsəlçün badımcan sırdağı ola bilər. Düzgün hazırlandığı halda çox ləzzətli yeməkdir.

Baharda - balıq sırdağı, qatığlı tərə, cincilimli balıq ləvəngisi, paxla plov. Qışda isə fisincanlı, ləvəngili, mərcili, şüyüdlü, müsəmma, murkutuş plovlar ola bilər. Yani fəslə görə dəyişilir.

Hazırladığınız ən çətin yemək hansı olub?

Bir çox çətin hazırlanan yeməklərimiz var. Məsəlçün, fisincan plov. İncəlik tələb edən yeməkdir. Bildiyiniz kimi, onun qaralma prosesi var.  Lənkəranlılar hesab edirlər ki, əgər fisincan qaralmayıbsa, demək o düzgün hazırlanmayıb. Çətin hazırlanan yeməklər çoxdur. Amma əgər bu işi sevgi ilə edirsinizsə, heç bir yemək sizin üçün çətin ola bilməz.

Sizcə kişilər, yoxsa qadınlar daha yaxşı aşpaz olurlar?

Mən hesab edirəm ki, evdə qadınlar, restoranda isə kişilər yeməkləri daha yaxşı hazırlayırlar.

Planlarınızda nələr var? Hansı maraqlı yeməkləri sizdən gözləyək?

Planlarımız çoxdur. Qarşıda bizi maraqlı işlər gözləyir. Bir menyu üzərində işləyirəm. Planlarımı sürpriz olaraq saxlamaq istəyirəm. İnşallah həyata keçdikdə tamaşaçılara və sizə təqdim edəcəm.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Bu gün, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Bu gün, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:55

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

Bütün xəbərlər
Dünən, 11:15

Azərbaycanda balıq istehsalı iki dəfədən çox artırılacaq

İdman
Dünən, 10:34

Azərbaycan futzal millisi tarixində ilk dəfə Lənkəranda rəsmi oyuna çıxacaq

İdman
Dünən, 09:50

"Lənkəranlı azarkeşləri futzal millimizə dəstək olmağa çağırırıq" - Elvin Quliyevin AÇIQLAMASI

Oxşar xəbərlər