top
Mətbuat günü ilə əlaqədar Cenublu.az cənub rayonlarının ilk qəzetləri haqqında məlumat təqdim edir
21 iyul 2022, 23:00
- ↺ +

Mətbuat günü ilə əlaqədar Cenublu.az cənub rayonlarının ilk qəzetləri haqqında məlumat təqdim edir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sizə cənub bölgəsinin 6 rayonunun ilk qəzetləri haqqında məlumatı təqdim edirik:


  1. Lənkəran rayonunun ilk qəzeti “Qızıl Talış” 21 yanvar 1931-ci ildə nəşr edilməyə başlayıb. Bu qəzetin birinci redaktoru Böyükağa Mirsalayev olub. Qəzet 5 dekabr 1931-ci ildən “Sıə Tolış” (talış dilindən tərcümədə “Qızıl Talış”), 23 fevral 1939-cu ildən “Sosialist subtropikası”, 16 iyun 1957-ci ildən “Leninçi”, 22 sentyabr 1990-cı ildən isə “Lənkəran” adı ilə buraxılır [1].

  2. Masallının ilk qəzeti “Yeni həyat” 31 may 1932-ci ildə çap edilib. Qəzet 1962-1965-ci illərdə indiki “Lənkəran” qəzetinə birləşdirilərək nəşr olunurdu. Bu qəzet sonralar “Çağırış”, “Yeni qəzet” adlandırılıb. 5 aprel 2002-ci ildən qəzet yenidən “Yeni həyat” adı ilə nəşr edilməyə başlayır [3].

  3. Astaranın ilk qəzeti “Ostoro kolxozçi” 1932-ci ildə nəşr edilib. “Ostoro kolxozçi” talış dilindən tərcümədə “Astara kolxozçusu” deməkdir [2]. Bu qəzet bir müddət sonra “Kolxoz tribunası”, “Sovet Astarası” adları ilə fəaliyyət göstərib. Hazırda qəzet “Astara” adı ilə nəşr olunur [5].

  4. Cəlilabadın ilk qəzeti “Sosializm tarlaçısı” 1932-ci ildə çap edilib. Bu qəzet sonralar “Taxılçı”, 1990-cı ildən isə “Yeni gün” adlandırılır [2].Yardımlının ilk qəzeti “Vərgədüz kolxozçusu” 1936-cı ildə nəşr edilib [6]. Qəzetin ilk redaktoru Təvəkkül Abbasov olub.

  5. Yardımlı rayonu 1930-1938-ci illərdə Vərgədüz adlandırıldığından qəzet həmin adı daşıyıb. Qəzet 1938-1990-cı illərdə “Yeni kənd”, 1990-cı ildən isə “Zirvə” adlandırılır. Əməkdar jurnalist Sahib Əliyev 32 il (1966-1998) qəzetin baş redaktoru kimi işləyib. Tarixçi İldırım Şükürzadənin məlumatına görə, hazırda qəzet fəaliyyətini dayandırıb [2,6].

  6. Lerikin ilk qəzeti “Zuvand kolxozçusu” 20 may 1937-ci ildə çap olunmağa başlayıb. Lerik rayonu 1930-1938-ci illərdə Zuvand adlandığına görə qəzet də həmin ad altında nəşr edilib. Qəzet 27 iyul 1937-ci ildən “Kolxoz yolu” adı ilə fəaliyyət göstərib. Həmin qəzet 1964-1965-ci illərdə indiki “Lənkəran” qəzeti ilə birləşdirilib [2]. Daha sonra qəzet “Bolluq uğrunda”, hazırda isə “Lerik” adı altında çap olunur [4].


Ədəbiyyat:

  1. Mirhaşım Talışlı, Etibar Əhədov. Lənkəran: ensiklopedik məlumat. Bakı-2017.

  2. https://dodoqezeti.az/2020/07/22/5092/

  3. https://web.archive.org/web/20171115115819/http://masallilar.az/news/a-124.html

  4. http://lerik-ih.gov.az/az/page/58.html

  5. http://astara-ih.gov.az/az/news/68.html

  6. http://www.umidtv.com/haber-detay/5342_yardimlinin-84-yasinda-oldurul-n-zirv-si-amansiz-q

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Bu gün, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Bu gün, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Oxşar xəbərlər