“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsində fəaliyyət göstərən “Yaradıcılıq klubu” çərçivəsində rəsm kursuna tələbə qəbulu başlayıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 iyun tarixində verir.
Dərslər həftədə 2 dəfə olmaqla, peşəkar rəssam Təhmasib Məcidov tərəfindən həyata keçirilir.
Qeydiyyat üçün “Masallı Gənclər Evi”nə yaxınlaşaraq və ya (+994)-50-527-89-62 nömrəsi ilə əlaqə saxlamaq olar.
Ünvan: Masallı ş., H.Əliyev pr., 87A.