Masallıda “Sənət və sənətkarlıq” adlı layihə çərçivəsində “Yaradıcılıq nümunələri ilə tanışlıq” mövzusunda tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 iyul tarixində verir.
Görüşdə sənətkar, duluşçu Cəsarət Nuriyevin gil, gips, qranit, mərmər və digər materiallar üzərində yaradılan sənət işləri nümayiş edilib. Daha sonra iştirakçılar gildən fiqurlar, dulus çarxından istifadə edilərək küp hazırlanmasını izləyiblər.
Tədbir Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin və Masallı Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə həyata keçirilib.