Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində "Xocalı Şəhid Şəhər" adlı tamaşa-kompozisiya nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 fevral tarixində verir.
Tamaşanın nümayişi 23 fevral saat 11:00-da baş tutacaq.
Qeyd edək ki, tamaşa Masallı Xalq Teatrının aktyorları, Masallı Dövlət Regional Kollecinin tələbə və müəllimlərinin iştirakı ilə keçiriləcək.