Masallı şəhər 4 saylı uşaq bağçasında "Nağıl saatı" təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 avqust tarixində verir.
Uşaq şöbəsinin müdiri Günəş Ağayeva körpə fidanlara maraqlı nağıllar oxuyub.
Tədbir Masallı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə baş tutub. Burada əsas məqsəd uşaqları körpə yaşlarından kitabxanaya cəlb etmək və kitaba olan maraqlarını artırmaqdır.