Masallı rayon Mədəniyyət Mərkəzində təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 fevral tarixində verir.
Toplantıya icra başçısı Araz Əhmədov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev cəlb olunublar.
Görüşdə qəzalı vəziyyətdə olan təhsil ocaqlarının tikintisi, təmiri, təhsil müəssisələrində qəbul qaydaları, şagirdlərin yerdəyişməsi və siniflərin komplektləşdirilməsi, elektron sistem üzərindən bağçalara qəbul edilmiş uşaqların qruplaşdırılması, tədrisin keyfiyyətinin artırılması və digər məsələlər barədə bəhs edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.