Masallı KOBİM-in təşkilatçılığı ilə gənclərin sahibkarlığa olan marağını artırmaq məqsədilə təlim təşkil olunacaq. Bu haqda bu gün, 20 avqust tarixində Cenublu.az xəbər verir.
23 avqust saat 11:00-da baş tutacaq təlim “Gənclərin sahibkarlıq fəaliyyətinin təşviqi” adı altında keçiriləcək. Görüşdə Gənclər və İdman Nazirliyi, Masallı Rayon İcra Hakimiyyəti, bir sıra dövlət qurumlarının əməkdaşları və müvafiq sahibkarlıq subyektləri iştirak edəcəklər.
Ətraflı məlumat əldə etmək istəyənlər 055 200 03 68 və [email protected] imeyli vasitəsilə əlaqə saxlaya bilərlər.
Təlim Masallı şəhəri, Dadva yaşayış massivi, Masallı Sənaye Məhəlləsi ünvanında baş tutacaq.