Masallıda “Düzgün peşə seç” adlı peşə ixtisas təlimi təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 mart tarixində verir.
Sessiya Gəyəçöl kənd tam orta məktəbində baş tutub. Burada karyera məsləhətçisi, təlimçi Orxan Əliyevin təqdimatında
- Karyeramızı planlayarkən nələrə diqqət etməliyik;
- Əmək bazarını necə araşdıraq;
- Gələcəyin peşələri hansılardır mövzularından danışılıb, karyera planlamasının mərhələləri izah olunub.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin tərəfdaşlığı ilə həyata keçirilib.