Masallı rayonu Göyəçöl kənd tam orta məktəbində şagirdlər üçün karyera planlaması mövzusunda seminar təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 mart tarixində verir.
Təlim zamanı karyera məsləhətçisi, təlimçi Orxan Əliyevin təqdimatında:
- İxtisas seçimi necə aparılmalıdır?;
- Karyeramızı planlayarkən nələrə diqqət etməliyik?;
- Əmək bazarını necə araşdıraq?;
- Gələcəyin peşələri hansılardır? və s. mövzulardan danışılıb.
Seminar GİKM-in Lənkəran–Astara regional nümayəndəliyinin Masallı bölməsinin və Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin Masall rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə həyata keçirilib.