Masallının meşə ərazisində Təmizlik Marafonu çərçivəsində aksiya baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 avqust tarixində verir.
“Təmiz ölkəm” devizi altında keçirilən tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, yerli kommunal müəssisə kombinatlarının nümayəndələri, könüllülər və sakinlər iştirak ediblər.
Aksiyanın keçirilməsində məqsəd ictimaiyyətin ətraf mühitin qorunmasında fəal iştirakını təmin etmək, tullantıların idarə olunması sahəsinə diqqəti artırmaqdır.