YAP Masallı rayon təşkilatının aparatında “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 fevral tarixində verir.
Tədbirdə Heydər Əliyevin ölkəmizin və xalqının bütövlüyü uğrunda etdiyi fədakarlıqlardan, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı istiqamətində gördüyü xidmətlərdən bəhs edilib.
Görüş Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə gənclər və idman sektoru və YAP Masallı rayon təşkilatı tərəfindən təşkil olunub.