Masallı rayonunda “2024-cü il Yaşıl dünya naminə həmrəylik ilidir!” mövzusunda tədbir təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində verir.
Görüş Heydər Əliyev Mərkəzində keçirilib. Burada iqlim dəyişiklikləri və bunun canlı aləmə təsiri barədə məlumat verilib. Qeyd olunub ki, kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonalar Azərbaycanda iqlim dəyişikliyinə həssasdır.
Yekunda gənclərlə mövzu ətrafında diskussiyalar aparılıb.
Tədbir Heydər Əliyev Mərkəzinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı ilə baş tutub.