Masallıda "Vaxtını bizimlə keçir" adlı intellektual və əyləncəli oyunlar keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 fevral tarixində verir.
Oyunların keçirilməsində əsas məqsəd gənclərin dünyagörüşünün və əqli inkişafının stimullaşdırılması, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, həmçinin gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün yeni metodlardan istifadə edilməsidir.
Tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən təşkil olunub.