Masallı Gənclər Evində "Əsgərə məktub" layihəsi həyata keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 yanvar tarixində verir.
Layihə çərçivəsində respublikanın ümumtəhsil müəssisələrinin şagirdləri və ictimaiyyət nümayəndələri əsgərlərimizə öz arzularını yazdıqları məktublarla çatdırıblar. Burada məqsəd əsgərlərə mənəvi dəstək olmaq, onlarda olan ruh yüksəkliyini artırmaq və xalqımızın dəstəyini və birliyini nümayiş etdirməkdir.
Tədbir “Masallı Gənclər Evi” SXM-nin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.