Masallı rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” lahiyəsi çərçivəsində ağaclar əkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 mart tarixində verir.
Ağacəkmə aksiyası Güllütəpə–Köhnə Alvadı kəndləri arasında olan yolun kənarlarında təşkil edilib. Kampaniya çərçivəsində bələdiyyə və ərazi sakinlərinin iştirakı ilə 75 ədəd göyüş ağacı əkilib və ağaclara xüsusi qulluq göstərilib.
Aksiya RİH başçısının Güllütəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub.