“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Yardımlı şəhərinin Məharət Mirzəyev küçəsində və Masallı rayonunun meşə ərazilərində iməciliklər təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 iyul tarixində verir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisə kombinatlarının nümayəndələrinin, ASAN könüllülərinin və sakinlərin iştirakı ilə keçirilən iməciliklər zamanı tullantılar yığılaraq ərazilərdən daşınıb.
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində keçirilən aksiyaların məqsədi insanları tullantıları ətrafa atmamağa təşviq etmək, ərazilərin təmizliyinə hər bir kəsin məsul olması öhdəliyini çatdırmaq, ictimaiyyətin bu məsələyə diqqətini artırmaq və tullantıların düzgün idarə olunmasına dair məlumatlandırmanı təmin etməkdir.