top
Masallı sözü necə yaranıb
08 sentyabr 2024, 07:11
- ↺ +

Masallı sözü necə yaranıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" (1841), Mirzə Seyidəli Kazımbəy oğlunun "Cavahirnameyi Lənkəran" (1896), səlnaməçi Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun "Əxbarnamə" (1882) əsərlərində, həmçinin bir sıra Avropa və rus səyyahlarının səyahətnamə qeydlərində Masallının tarixinə dair maraqlı məlumatlar əks olunub.

Modern.az saytı adları müzakirələrə səbəb olan bəzi bölgələrlə bağlı tanınmış simaların fikirlərini təqdim edir. Belə ki, "Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilib.

Tarixi mənbələr bu toponimi "məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. "Masallı" sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və buraların onun şərəfinə Masallı adlandırıldığı qeyd olunur.

Bəs rayonun ziyalıları bu haqda nə bilirlər?

Altıncı çağırış Milli Məclisin Masallıdan olan deputatı, tarixçi alim Anar İsgənsərov bildirib ki, Masallı Azərbaycanın qədim yaşayış məskənlərindən biridir: “Həm də ölkəmizin elə yaşayış yerlərindəndir ki, həm dağları, həm dağətəyi ərazisi, həm düzənlikləri və Xəzər dənizi sahilləri də mövcuddur.

"Masallı" toponimi haqqında bir neçə mülahizə var. Bu mülahizələrdən daha inandırıcısı toponimin "Mosul" sözü ilə əlaqəli olmasıdır. Yəni Mosullu, Mosuldan gələnlər...

İkinci ehtimal isə toponimin İran İslam Respublikasının hazırda Masal adlı ərazisindən gəlməsidir. Bu mülahizə üzərində daha çox dayanmaq lazımdır. Çünki Sovetlər dağılandan, İran və Azərbaycan arasındakı münasibətlər normal qaydaya düşəndən sonra kifayət qədər insanlar bu ərazidə olub. Fikir ondan ibarətdir ki, hətta insanların ləhcəsi belə üst-üstə düşür.

Üçüncü ehtimal odur ki, bu ərazini idarə edən Masal bəy adlı şəxs olub. Ölümündən sonra ərazi Masallı adlanıb. Hər halda Masallı rayon mərkəzidir, əsası 1930-cu ildə qoyulub. Hazırda kənd rayonları içərisində əhalisi ən çox olan rayondur, 240 min nəfərə qədər əhalisi var. Uzun müddət tərəvəzçilik, çayçılıq, heyvandarlıq, çəltikçilik mərkəzi kimi yadda qalıb. Əhali həmişə öz zəhməti ilə öyünüb. Bu zəhmətin də bünövrəsi torpaqla bağlı olub. Bu mənada torpağı da bir neçə qrupa ayırmaq olar. Dağ ərazisi, dağətəyi ərazi, düzən ərazilər. Bu torpaqlar özləri də məhsuldarlığa bölünür. Masallı bu gün Azərbaycanın inkişaf etmniş rayonlarından biridir. Əhali bu gün də təsərrüfat işlərinə davam edir”.

"Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov qeyd edib ki, 1930-cu ilə qədər Masallı rayonu olmayıb: “Rayon Lənkəran qəzası ərazisində bir neçə mahalın bişləşməsi ilə yaranıb. Masallının adı ilə bağlı bir neçə mülahizə var. Bunlardan biri yerli əhalinin çox məsəl çəkməsi ilə bağlıdır. Bir mülahizəyə görə isə İranda Masal adlı ərazi olub. Bu toponim də oradan götürülüb”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Lənkəranlı igidimizin şəhadətə ucaldıqları gündür

İqtisadiyyat
Bu gün, 17:30

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Bütün xəbərlər
Bu gün, 16:50

Temperatur 10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
Bu gün, 16:15

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 15:42

İmişlidən olan universitet tələbəsi dünyasını dəyişib

Bütün xəbərlər
Bu gün, 15:05

Göyşabanda zibil problemi ilə bağlı tədbir görülür - Rəsmi açıqlama

Bütün xəbərlər
Bu gün, 14:30

Cəlilabadda 6 kəndin işığı kəsilib

Bütün xəbərlər
Bu gün, 14:00

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Bütün xəbərlər
Bu gün, 13:25

İgid şəhidimizin ad günüdür

Cəmiyyət
Bu gün, 12:50

Doğma yurdu Astara olan məşhurları tanıyırsınız?

Kriminal
Bu gün, 12:20

Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb

Kriminal
Bu gün, 11:50

Astarada gəlin qayınanasını döydü

Bütün xəbərlər
Bu gün, 11:20

Uşağın doğulmasına görə 1500 manat verilə bilər

Bütün xəbərlər
Bu gün, 11:00

Yol polisi dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

İqtisadiyyat
Bu gün, 10:25

Azərbaycan nefti 113 dollara ticarət olunur

Kriminal
Bu gün, 09:50

Lerikdə məktəbdə yeznəsinə xəsarət yetirən şəxs azadlığa buraxıldı

Bütün xəbərlər
Bu gün, 09:15

Astaralı şəhidimizin xatirəsi anılır

Kriminal
Dünən, 18:30

Cinayətkar birlik yaratmaq, xaricdəki qanunsuz quruma qoşulmaq istəyən şəxsə hökm oxunub

İqtisadiyyat
Dünən, 18:00

Gələn il əhalinin mənzilə olan tələbatının ödənilməsinə büdcədən 89 milyon manat xərclənəcək

Bütün xəbərlər
Dünən, 17:15

Lənkəranın Göyşaban kəndində küçə zibilliyə çevrilib - VİDEO

Bütün xəbərlər
Dünən, 16:35

Lənkəranın bu küçəsində sakinlər gölməçələrdən əziyyət çəkir - VIDEO

Bütün xəbərlər
Dünən, 15:50

İgid şəhidimizin xatirəsi anılır

İqtisadiyyat
Dünən, 15:11

Əcnəbi aqronomlar və baytar həkimlər üçün güzəşt müəyyənləşir

Cəmiyyət
Dünən, 14:33

"WhatsApp"da saxta kampaniyalar barədə məlumat yayılır

Oxşar xəbərlər