Lənkərandan olan 6 yaşlı Nur Hüseynli onlayn qoşulduğu şahmat turnirində bütün rəqiblərinə qalib gələrək çempion olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 avqust tarixində verir.
Ümumilikdə 163 uşağın iştirak etdiyi turnirdə Nur öz yaş qrupu üzrə rəqibləri üzərində qələbə çalaraq 1-ci yeri tutub. O, medal, kubok və diplomla təltif olunub.