Lənkəranlı şagird kimya fənni üzrə bürünc medala layiq görülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 iyun tarixində Lənkəran-Astara Regional Təhsil İdarəsinə istinadən verir.
Belə ki, rayonun Viravul kənd R.Həsənov adına 1 nömrəli tam orta məktəbinin IX sinif şagirdi Əfsanə Amin qızı Məmmədli kimya fənni üzrə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, Respublika Fənn Olimpiadasının yekun nəticəsinə görə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində təhsil alan 14 şagird bürünc, 6 şagird gümüş, 3 şagird qızıl medala layiq görülüb.