top
Lənkəranın qədim ibadətgahlarından biri: Aşağı Nüvədi qəsəbə məscidi
08 avqust 2022, 02:00
- ↺ +

Lənkəranın qədim ibadətgahlarından biri: Aşağı Nüvədi qəsəbə məscidi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aşağı Nüvədi qəsəbə məscidi Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsinin Ayna Sultanova küçəsində yerləşir [4].

İbadətgah XIX əsrə aid edilir [1]. Rusiya imperiyasının hərbi dəftərxanalarındakı 1856-1864-cü illərə aid sənədlərdə bu məscid haqqında belə yazılır: “Aşağı Nüvədi kəndi Lənkəran qəza mərkəzindən 24 verst aralıqda, Zərdəcü çayının qolayırıcında yerləşir. Bu kənddə iki məscid var” [3]. İbadət evinin adı ilk dəfə 1850-1880-ci illərə aid sənədlərdə çəkilir, bundan belə qərara gəlmək olar ki, məscid bundan da əvvəl mövcud olub.

Məscidin giriş qapısından sağ tərəfdə qəbir yerləşir. Həmin qəbirdə bu məscidin axundu olmuş Şeyx Yusif Kərbəlayi Əmir oğlu Viyənli (1860-1948) dəfn olunub [1].

Məscid düzbucaqlı formadadır və kərpicdən inşa edilib. İbadətgahın tavanı taxtadandır və dörd taxta sütun üzərində dayanıb, damı isə kirəmitlə örtülüb. İbadət evinin göy rəngli tağvari formada taxtadan iki giriş qapısı və bir neçə pəncərəsi var. Məscid iki hissəyə bölünür: qadınlar və kişilər şöbəsi.

İbadətgahın minbəri altıguşəlidir və onun üzərində 1913-cü il tarixi qeyd olunub. Minbər üzərində ərəbcə yazılar da var.

Məscid sovet dövründə anbar kimi istifadə olunub. 1985-ci ildən ibadət evinin fəaliyyəti bərpa edilib [2].

Ədəbiyyat:


  1. Aqşin Mistanlı. Cənub bölgəsinin abidələr ensiklopediyası. Bakı-2020.

  2. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.

  3. Списки населенных мест Российской империи. Бакинская губерния. Тифлис-1870.

  4. https://kataloq.gomap.az/az/all-poi/culture/mosque/69326c15decf4e44a8aab8ce68b36030


[URIS id=21149]

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:01

Komandiri xilas edərkən şəhid olan igidimizin xatirəsi anılır

Bütün xəbərlər
Bu gün, 17:34

Lənkəranın mərkəzi küçəsində zibil problemi

Bütün xəbərlər
Bu gün, 16:53

Lerik sakinləri mişar daşından kəndə yol çəkirlər

Bütün xəbərlər
Bu gün, 16:15

Rusiya-Ukrayna müharibəsinə görə adam bıçaqladı - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 15:35

Neftçalanın tanınmış ziyalısı vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

Bütün xəbərlər
Bu gün, 14:22

Baytarlıq ekspertizası üçün dövlət rüsumu iki dəfə azaldılır

Bütün xəbərlər
Bu gün, 13:50

Sertifikasiyadan kəsilən yüzlərlə müəllim işlə təmin olunub

Cəmiyyət
Bu gün, 13:15

3 rayonda şagirdlərin daşınmasına 322 min manatdan çox vəsait ayrılır

Bütün xəbərlər
Bu gün, 12:30

Sabah hava necə olacaq? — PROQNOZ

Bütün xəbərlər
Bu gün, 11:55

Sabirabadın kəndləri qazsız qalıb: sakinlər ağacları yandırır

Bütün xəbərlər
Bu gün, 11:23

Sürücülük vəsiqələri ilə bağlı yeni güzəşt: Kimlər rüsum ödəməyəcəklər?

Kriminal
Bu gün, 10:31

Atasından pul oğurlayıb qumar oynayırmış - məhkəmə bu qərarı verdi

Bütün xəbərlər
Bu gün, 09:51

Lerikli şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 09:06

Neftçalada pedoqoq vəfat edib

Bütün xəbərlər
Bu gün, 00:01

6 noyabr 2020-ci il: Vətən müharibəsinin 41-ci günü

İqtisadiyyat
Dünən, 17:43

Azərbaycanda bir cərimə azaldılır, digəri isə 2.5 dəfə artırılır

Bütün xəbərlər
Dünən, 16:50

İgid şəhidimizin anım günüdür

Bütün xəbərlər
Dünən, 16:06

Biləsuvarda ağır qəza: "Niva"nın sürücüsü yaralandı

Bütün xəbərlər
Dünən, 15:20

Lənkəran-Boradigah yolunda çalalar təhlükə saçır - VIDEO

Bütün xəbərlər
Dünən, 14:37

Vətən müharibəsi şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 14:00

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:15

DTX Biləsuvarda dronla narkotik qaçaqmalçılığı edənləri saxladı

Kriminal
Dünən, 12:30

Ana oğlunun qatili olan gəlinini bağışladı: MƏHKƏMƏ

Oxşar xəbərlər