top
Lənkəranın qabaqcıl müəllimlərindən olan Əminağa Rəcəbovu tanıyaq
07 yanvar 2025, 00:59
- ↺ +

Lənkəranın qabaqcıl müəllimlərindən olan Əminağa Rəcəbovu tanıyaq

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Əminağa Rəcəbov 1949-cu il iyulun 1-də Lerik rayonunun Andurma kəndində dünyaya göz açıb. O, 1958-ci ildə Çayrud kənd orta məktəbini bitirdikdən sonra Sumqayıtda texniki-peşə məktəbində oxuyub, kimyəvi aparatlar üzrə aparatçı ixtisasına yiyələnib. 1970-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. Ali məktəbi bitirdikdən sonra Lerikin Tikəband kənd orta məktəbində ixtisası üzrə müəllimlik fəaliyyətinə başlayıb. 1981-1984-cü illərdə Rvarud  kənd orta məktəbində kimya müəllimi işləyib.

1984-cü ildən fəaliyyətini Lənkəranla bağlayıb. Azərbaycan Subtropik Bitkilər Elmi İstehsalat Birliyi Lənkəran çay filialının Aqrokimya laboratoriyasında elmi işçi təyin olunub. Eyni zamanda Daştatük kənd məktəbində, sonralar indiki Hirkan qəsəbə orta məktəbində ixtisası üzrə müəllim işləyib. Çox keçmədən məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini seçilib.

Xanbulan məktəbində çalışarkən də o öz fəallığı ilə seçilib. Təşəbbüsü ilə məktəbdə bir-birindən maraqlı tədbirlər keçirilib, qabaqcıl təcrübələrin yayılmasında səylərini əsirgəməyib.

Əminağa müəllim təqaüddə olsa da, məktəblə əlaqəni kəsməyib, məktəbin bütün tədbirlərində fəal iştirak edir. Deyir ki, məktəb onun həyatıdır və həyatda nə qazanıbsa, müəllimlərinə borcludur. Yetirmələrinin çoxusu müəllimlik sənətini seçiblər. Hər dəfə onların xoş sorağını eşidəndə iftixar hissi keçirir.

 Əminağa müəllim beş qız atasıdır, 13 nəvəsi və 2 nəticəsi var.

 O, 1993-cü ildə 76 nömrəli Lənkəran-Astara seçki dairəsinin 8 saylı məntəqəsinin, 2024-cü ildə 77 nömrəli Lənkəran şəhər dairəsinin 36 saylı seçki məntəqəsinin sədri olmuş, seçkilərin şəffaf və obyektiv keçməsinə çalışıb. Yeni Azərbaycan Partiyasının üzvü, Xanbulan kənd Ağsaqqallar qrupunun sədri kimi yerlərdə keçirilən tədbirlərdə fəal iştirak edib.

Müəllim səmərəli pedaqoji və ictimai fəaliyyətinə görə saysız-hesabsız fəxri fərmanlara, qiymətli hədiyyələrə layiq görülüb. Bu yaxınlarda Lənkəranda anadan olmasının 75 illiyi, pedaqoji və ictimai fəaliyyətinin 50 illiyi qeyd olunub.

 

Mənbə: “Aşkarlıq” qəzeti

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

31 oktyabr 2020-ci il: Vətən müharibəsinin 35-ci günü

Bütün xəbərlər
Dünən, 17:30

İgid şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
Dünən, 16:55

Lənkəran-Astara Regional Təhsil İdarəsində vakant vəzifələr üzrə imtahan keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:20

Sabah hava necə olacaq?

Kriminal
Dünən, 15:45

Cəlilabadda direktor 500 manata saxta attestat satıb

Bütün xəbərlər
Dünən, 15:10

"Green Card" qeydiyyatının başlanma tarixi yenidən təxirə salındı

İqtisadiyyat
Dünən, 14:33

Neftçalada yolların təmirinə yarım milyon xərclənəcək

Bütün xəbərlər
Dünən, 14:00

Astarada torpaq sürüşməsi olub, Pensərçayda istinad divarı dağılıb

Kriminal
Dünən, 13:25

Axtarışda olan 97 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 12:50

İtkin düşən 13 nəfər tapılıb

Bütün xəbərlər
Dünən, 12:15

Astarada tezyetişən naringinin yığımı aparılır - Qiymətlər 50 qəpikdən başlayır

Kriminal
Dünən, 11:40

"TikTok"da qadına "gül" göndərdi, interneti kəsən arvadını odunla döydü

Bütün xəbərlər
Dünən, 11:05

Cəlilabadda kişinin meyiti evinin həyətində tapıldı

İqtisadiyyat
Dünən, 10:26

ŞAD XƏBƏR: Maaşınızı istənilən bankdan ala biləcəksiniz

Bütün xəbərlər
Dünən, 09:55

Elman Nəsirovun keçmiş arvadı olduğu iddia edilən qadın dispanserə yerləşdirildi

Bütün xəbərlər
Dünən, 09:17

Masallı və Salyanda qaz kəsiləcək

Bütün xəbərlər
Dünən, 00:01

30 oktyabr 2020-ci il: Vətən müharibəsinin 34-cü günü

Kriminal
29 oktyabr 2026, 17:38

Ötən illərdən bağlı qalmış 294 cinayət açılıb, axtarışa verilənlərin 87,2 faizi tutulub

Bütün xəbərlər
29 oktyabr 2026, 17:00

Şəhid Emil Qurbanovun anım günüdür

Bütün xəbərlər
29 oktyabr 2026, 16:15

Masallıda Zəfər Gününə həsr olunan yarımarafon keçiriləcək

Bütün xəbərlər
29 oktyabr 2026, 15:30

Qızıl almaq istəyənlərə ŞAD XƏBƏR

Bütün xəbərlər
29 oktyabr 2026, 14:50

İmişlili kolluqda gizlənmək istəyən həmyerlisini güllələdi — MƏHKƏMƏ

Cəmiyyət
29 oktyabr 2026, 14:10

Azərbaycanda qadınların orta çəkisi kişilərdən çoxdur

Bütün xəbərlər
29 oktyabr 2026, 13:30

Sabah hava necə olacaq?

Kriminal
29 oktyabr 2026, 12:55

6 ildə həbsxanalarda doğulan uşaqların SAYI

Bütün xəbərlər
29 oktyabr 2026, 12:20

Cəlilabadlı şəhidimizin xatirəsi anılır

Bütün xəbərlər
29 oktyabr 2026, 11:45

Masallıda avtoqəza: ölən var

Bütün xəbərlər
29 oktyabr 2026, 11:10

Lənkəranın bu küçəsində sakinlər palçıq içində qalıb - VİDEO

Oxşar xəbərlər