Lənkəranın Zövlə kəndində ağacəkmə aksiyası təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 dekabr tarixində verir.
Belə ki, aksiya çərçivəsində ümumilikdə 500 ağac əkilib. Həmçinin kənd camaatının iştirakı ilə ərazi kol-kosdan təmizlənib və inzibati ərazi dairəsində ümumi təmizlik işləri görülüb.
Qeyd edək ki, “Heydər Əliyev İli” ilə bağlı keçirilən tədbir Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Zövlə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşkilatçılığı ilə baş tutub.