Lənkəran Olimpiya İdman Kompleksinin həyətində ağacəkmə aksiyası baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 fevral tarixində verir.
Aksiyada Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi rəisi Teymur Babazadə və idarə əməkdaşları, LARGİİ-nin nəzdində UGİM-in kollektivi, Lənkəran Gənclər Evi, Lənkəran Olimpiya İdman Kompleksi əməkdaşları, rayonun idman ictimaiyyəti nümayəndələri və könüllü gənclər iştirak ediblər.
Bədən Tərbiyəsi və İdman Günü ilə əlaqədar tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin tərəfindən təşkil olunub.