Lənkəranda uşaqlar üçün “Rənglərin Harmonyası” master-klası keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 iyul tarixində verir.
Tədbir 20 iyul saat 15:00-da Dəmir yolu vağzalının yanında yerləşən “Taksim corner”də baş tutacaq. Ustad dərsi 5-15 yaş aralığında olan uşaqlar üçün nəzərdə tutulub. Master-klas zamanı uşaqlar kətan çantalar üzərində müxtəlif mövzularda eko-çanta hazırlayacaqlar.
Qeyd edək ki, master-klas “Maximum Kids School”un təşkilatçılığı, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, “ZZ Art Center” və Lənkəran nümayəndiliyi olan Nömrə 1-in dəstəyi ilə keçiriləcək.