Lənkəranda uşaqlar üçün “Balaca dalğıclar” adlı əyləncəli master-klas keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 fevral tarixində verir.
Belə ki, bu master-klasda balaca dalğıclar sualtı aləm və oranın canlıları ilə tanış olacaqlar. Sonda hazırlanan əl işi uşaqlara veriləcək.
Biletləri “Kaspi Kids”in Lənkəran filialına yaxınlaşaraq əldə etmək olar. Qiymət 1 uşaq üçün 10 manat təşkil edir.
Qeyd edək ki, master-klasda 4-8 yaşlı uşaqlar iştirak edə bilərlər.
Ünvan: Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi, bina 5 (10 nömrəli məktəbin yanı).
Əlaqə: (050) 525-70-00, (070) 525-70-00.