Lənkəran şəhər Mədəniyyət Mərkəzində fərdi rəsm sərgisi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 iyul tarixində Lənkəran Regional Mədəniyyət İdarəsinə istinadən verir.
Astaralı rəssam Firudin Quliyevin əsərlərindən ibarət fərdi sərgi 22 iyul saat 14:00-da başlayacaq. Giriş sərbəst olacaq.